Muğan düzü – Təbii-coğrafi şəraiti

Azərbaycanın  cənub-şərq hissəsində geniş bir sahəni əhatə edən Muğan şimalda Şirvan, Qərbdə Qarabağ,cənubdan isə Cənubi Azərbaycanla sərhədlənir.

  Göz işlədikcə uzanıb gedən Muğan düzü, əkinçilik və maldarlıq üçün yararlı olduğundan hələ qədim dövrlərdən məskunlaşmışdır. Bölgədən Azərbaycanın hər iki nəhəng çayının- Araz və Kürün keçməsi əkinçiliyin inkişafı üçün təbii imkan yaradır. Bu çaylardan çəkilən  arxların köməyi ilə süni suvarma sistemləri yaradılmışdır.

  Qədim arx izləri indi də Muğanın bəzi yerlərində (Sabirabad və Saatlı bölgəsində) qorunub saxlanmışdır. Bu nəhəng suvarma sistemləri Govurarx adlandırılır.

  Muğanda həyati əhəmiyyətə malik olan suvarma arxları tez tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvələrində  Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıtmışdır. 1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdir.

  Məlum olduğu kimi, orta əsrlərdə nəhəng şəhərlər və diqər yaşayış yerləri iri çay, göl və dəniz kənarlarında salınırdı. Muğan ərazisində Kür və Araz sahillərində belə şəhərlərin salınması təbii idi. Read more of this post