Sabirabad Aran rayonlarından biridir.

Sabirabad Aran rayonlarından biridir. Sabirabad sözü dahi Mirzə Ələkbər Sabirin adı ilə bağlıdır. Əslən Şamaxılı olan Sabir bir müddət Sabirabad rayonunda yaşamışdır. Ad 1959-cu ildə Sabirabad olaraq təsdiqlənmişdir. Rayonda Sabirin adını daşıyan məktəb və su kanalı mövcuddur. Rayonun gəzməli yerlərindən olan Kür və Araz çaylarının qovuşduğu yer mənzərəsini qeyd etmək olar ki, bu ərazi Suqovuşan adlanır. Müxtəlif rənglərdə olan bu çayların qovuşduğu mənzərəni gözlə görmək gərək. Bu yer çox sakit və əvəzolunmaz məkandır. Bu gözəl mənzərə məşhur Azərbaycan filmlərindən olan “Böyük Dayaqda” öz əksini tapmışdır. Bu yerlərə qayıqla səyahət təşkil olunur. Ərazi turizm potensialı olaraq qiymətləndirilir. Sabirabadda o cümlədən qədim dövrlərə aid məscid və türbələr mövcuddur. Qədim tikililərdən olan ” Baba Səmid ” türbəsi və ” Seyid Rəsul Ağa ” ocağı daha çox ziyarət olunur. Sabirabadda qədim dövrlərdə əsası qoyulmuş və böyük tarixi əhatə edən kəndlərin sayı çoxluq təşkil edir. Bölgədə bir vaxtlar futbol da çox məşhur olub. İnşaatçı futbol komandası Sabirabadı təmsil edib. Hal-hazırda futbolu Sabirabadda yenidən inkişaf etdirmək məqsədilə stadionun tikintisinə başlanılıb. Bundan başqa bütün idman növlərinin inkişafı və gənclərdə idmana maraq oyatmaq məqsədilə olimpiya-idman kompleksi fəaliyyət göstərir.
Sabirabad əhalisinin çox hisəsini azərbaycanlılar bir qismini isə Axısxa türkləri təşkil edir. Axısxa türklərinin milli dəyərlərini tərənnüm edən folklor qrupu fəaliyyət göstərir.

Advertisements

Muğan düzü – Təbii-coğrafi şəraiti

Azərbaycanın  cənub-şərq hissəsində geniş bir sahəni əhatə edən Muğan şimalda Şirvan, Qərbdə Qarabağ,cənubdan isə Cənubi Azərbaycanla sərhədlənir.

  Göz işlədikcə uzanıb gedən Muğan düzü, əkinçilik və maldarlıq üçün yararlı olduğundan hələ qədim dövrlərdən məskunlaşmışdır. Bölgədən Azərbaycanın hər iki nəhəng çayının- Araz və Kürün keçməsi əkinçiliyin inkişafı üçün təbii imkan yaradır. Bu çaylardan çəkilən  arxların köməyi ilə süni suvarma sistemləri yaradılmışdır.

  Qədim arx izləri indi də Muğanın bəzi yerlərində (Sabirabad və Saatlı bölgəsində) qorunub saxlanmışdır. Bu nəhəng suvarma sistemləri Govurarx adlandırılır.

  Muğanda həyati əhəmiyyətə malik olan suvarma arxları tez tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvələrində  Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıtmışdır. 1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdir.

  Məlum olduğu kimi, orta əsrlərdə nəhəng şəhərlər və diqər yaşayış yerləri iri çay, göl və dəniz kənarlarında salınırdı. Muğan ərazisində Kür və Araz sahillərində belə şəhərlərin salınması təbii idi. Read more of this post