Muğan düzü – Təbii-coğrafi şəraiti

Azərbaycanın  cənub-şərq hissəsində geniş bir sahəni əhatə edən Muğan şimalda Şirvan, Qərbdə Qarabağ,cənubdan isə Cənubi Azərbaycanla sərhədlənir.

  Göz işlədikcə uzanıb gedən Muğan düzü, əkinçilik və maldarlıq üçün yararlı olduğundan hələ qədim dövrlərdən məskunlaşmışdır. Bölgədən Azərbaycanın hər iki nəhəng çayının- Araz və Kürün keçməsi əkinçiliyin inkişafı üçün təbii imkan yaradır. Bu çaylardan çəkilən  arxların köməyi ilə süni suvarma sistemləri yaradılmışdır.

  Qədim arx izləri indi də Muğanın bəzi yerlərində (Sabirabad və Saatlı bölgəsində) qorunub saxlanmışdır. Bu nəhəng suvarma sistemləri Govurarx adlandırılır.

  Muğanda həyati əhəmiyyətə malik olan suvarma arxları tez tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvələrində  Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıtmışdır. 1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdir.

  Məlum olduğu kimi, orta əsrlərdə nəhəng şəhərlər və diqər yaşayış yerləri iri çay, göl və dəniz kənarlarında salınırdı. Muğan ərazisində Kür və Araz sahillərində belə şəhərlərin salınması təbii idi.

   Muğanın təbiəti barədə orta əsr yazılı mənbələrində xeyli məlumat vardır. Həmdullah Qəzvini “Hüzhət əl-Qülüb” əsərinin dördüncü bölməsini Muğan və Arran əyalətlərinin təsvirinə həsr etmişdir. O yazır: “Bu əyalətlərin havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə sərhədlənir. Payızda Savalan dağları görünməz olanda bütün ərazidə ot quruyur (dirmanə) və zəhərli olur. Yazda onun zəhərliyi aradan qalxır.Savalan göründüyü vaxt otlaq tamamilə təhlükəsiz olur.”

  H.Z. Şirvani Muğan barədə daha ətraflı yazır: “Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur.”

  Arxeoloji tədqiqatlar zamanı Muğandaki Saatlı və Sabirabad ərazisində Araz çayının qədim yataq yerlərinin şahidi olduq. Çay yataqları qalın duz təbəqəsi ilə örtülmüşdür.

 Bu dəyişiklik Sabirabad ərazisində ( Muğan-Güdəcühür arasında) Kür çayında da baş vermişdir. Dəyişmiş çay axarı indi də aydın müşahidə edilir.

 Muğan ərazisində min illər boyu hər iki çay axarı bir neçə dəfə dəyişmişdir. Ərazinin düzənlik, torpaq laylarının isə yumşaq olması bunun üçün təbii imkanlar yaratmışdır.

 Araz çayı axırıncı dəfə 1896-cı ildə özünə yeni yataq açmış, suyunun xeyli hissəsini bu yataqla axıtmış və bunun nəticəsində Muğanda bir çox göllər əmələ gəlmiş, onların ətrafında qamışlıqlar yaranmışdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: