Muğan düzü – Muğanşahlıq

IX əsrdə Ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövlətləri meydana gəlir. Sacilər (879-930), Salarilər (941- XI  əsrin I yarısı), Şəddadilər (971-1086), Rəvvadilər (979-1054), Kəsranilər (1027-1382) kimi nisbətən iri feodal dövlətləri ilə yanaşı, Naxçıvanşahlıq və Muğanşahlıq kimi kiçik və zəif feodal dövlətləri də yaranır.

  Muğanşahlığın yaranma tarixinin kökləri bir qədər qədimlərə gedib çıxır.

  IX  əsrin ərəb mənbələrində- İbn Xordabehin “Ölkələr və yollar” əsərində Muğanda Allan şahın (Amukan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir. İbn Xordadbehin fikrincə, Ərdəşir dövründə Muğan imperiya ərazisinə aid idi, həqiqətdə isə Azərbaycan torpaqları Sasani imperiyası ərazisinə I Şapur dövründə daxil edilmişdir. Muğanşahlıq feodal dövlətində Şəklə Muğan hökmdarlıq etmişdir.

 Monqol istilaçıları Azərbaycana hücum edərkən Muğandan qışlaq kimi öz məqsədləri üçün istifadə etmişlər.Onlar burada öz hərbi qüvvələrini yerləşdirərək, lazım gəldikdə Azərbaycanın diqər vilayətlərini işğal etmək üçün tədbirlər görürdülər. Ümumiyyətlə, XIII əsrdə monqollar Muğan ərazisində yerləşdirdikləri hərbi qüvvələrdən qonşu əraziləri və Zaqafqaziyanı əsarət altında saxlamaq üçün bir vasitə istifadə edirdilər. Ə. Əlizadənin fikrincə, monqollar Muğanda köçəri həyat tərzinin inkişafına çalışırdılar.

  1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin- Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Muğanı bir vilayət kimi xatırladır.

 1382-ci ildə (h. 784-cü ildə) Sultan Əhməd (Sultan Hüseynin qardaşı) Ərdəbilə yollandı. Səhər Sultan Hüseyn bundan xəbər tutdu.Sultan Əhməd tələsik Ərdəbildən Muğana döndü.

 Əmir Teymur Azərbaycan hücüm edərkən Muğanı özünə qışlaq etmiş və burada müəyyən bərpa işləri görmüşdür.

Nadir şah 1742-43 cü illərdə Muğan-Şirvan üzərinə yürüyüş edib ölkəni viran qoyur. Məhəmməd Əli xanı Dərbəndə təyin etdikdən sonra 1743-cü il yanvar ayının 2-də Muğana gəldi.

   Göründüyü kimi, Muğan Azərbaycan tarixində siyasi hadisələrin mərkəzinə çevrilmişdir. Azərbaycanda baş verən siyasi hadisələrin tez tez Muğana keçməsi əsasən qəsb və talanla bağlı olmuşdur. Siyasi hadisələrin Muğana axmasının ikinci ən böyük səbəbi qışda bu ərazinin mülayim iqlimə və təlim üçün  yararlı və geniş hərb meydanında malik olması idi.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: