Sabirabad

Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kür- Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1469,4 kv.km, əhalisi 14,7 min nəfərdir (01.01.2006). Mərkəzi Sabirabad şəhəridir.

   Rayona Sabirabad şəhəri və Ulacalı, Bulduq, Mürsəlli, Şıxlar, Qalağayın, Balakənd, Surra, Qaralı, Balvar, Axısxa, Qaralar, Qəfərli, Əsədli, Məmişlər Kürkəndi, Suqovuşan, Bulaqlı, Yastı-qobu, Qara-təpə, Nərimankənd, Əhmədabad, Yolçubəyli, Türkəndi, Narlıq, Həşimxanlı, Ətcələr, Azadkənd, Poladtuğay, Xankeçən, Çığırğan, Nizami, Nəsimi, Rüstəmli, Qardaşkənd, Hacıbəbir, Çöl Dəllək, Güdəcühür, Qaratuğay, Minbaşı, Qarağac, Beşdəli, Yaxa Dəllək, Muğangəncəli, Cəngan, Salmanlı, Çiçəkli, Moranlı, Sarxanbəyli, Çöl Beşdəli, Zalqaraağac, Şıx Salahlı, Osmanlı, Şəhriyar, Xələfli, Qaragüney, Dadaşbəyli, Yuxarı-Axtaçı, Əliləmbəyli, Çöl- Ağaməmmədli, Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Qasımbəyli, Əsgərbəyli,Muradbəyli, Cavad, Əlicanlı, Həsənli, Zəngənə, Axtaçı, Bala Həşimxanlı, Axtaçı, Bala Həşimxanlı, Axtaçı-Muğan kəndləri daxildir. Read more of this post

Advertisements

Sabirabad Aran rayonlarından biridir.

Sabirabad Aran rayonlarından biridir. Sabirabad sözü dahi Mirzə Ələkbər Sabirin adı ilə bağlıdır. Əslən Şamaxılı olan Sabir bir müddət Sabirabad rayonunda yaşamışdır. Ad 1959-cu ildə Sabirabad olaraq təsdiqlənmişdir. Rayonda Sabirin adını daşıyan məktəb və su kanalı mövcuddur. Rayonun gəzməli yerlərindən olan Kür və Araz çaylarının qovuşduğu yer mənzərəsini qeyd etmək olar ki, bu ərazi Suqovuşan adlanır. Müxtəlif rənglərdə olan bu çayların qovuşduğu mənzərəni gözlə görmək gərək. Bu yer çox sakit və əvəzolunmaz məkandır. Bu gözəl mənzərə məşhur Azərbaycan filmlərindən olan “Böyük Dayaqda” öz əksini tapmışdır. Bu yerlərə qayıqla səyahət təşkil olunur. Ərazi turizm potensialı olaraq qiymətləndirilir. Sabirabadda o cümlədən qədim dövrlərə aid məscid və türbələr mövcuddur. Qədim tikililərdən olan ” Baba Səmid ” türbəsi və ” Seyid Rəsul Ağa ” ocağı daha çox ziyarət olunur. Sabirabadda qədim dövrlərdə əsası qoyulmuş və böyük tarixi əhatə edən kəndlərin sayı çoxluq təşkil edir. Bölgədə bir vaxtlar futbol da çox məşhur olub. İnşaatçı futbol komandası Sabirabadı təmsil edib. Hal-hazırda futbolu Sabirabadda yenidən inkişaf etdirmək məqsədilə stadionun tikintisinə başlanılıb. Bundan başqa bütün idman növlərinin inkişafı və gənclərdə idmana maraq oyatmaq məqsədilə olimpiya-idman kompleksi fəaliyyət göstərir.
Sabirabad əhalisinin çox hisəsini azərbaycanlılar bir qismini isə Axısxa türkləri təşkil edir. Axısxa türklərinin milli dəyərlərini tərənnüm edən folklor qrupu fəaliyyət göstərir.

Muğan düzü – Muğanşahlıq

IX əsrdə Ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövlətləri meydana gəlir. Sacilər (879-930), Salarilər (941- XI  əsrin I yarısı), Şəddadilər (971-1086), Rəvvadilər (979-1054), Kəsranilər (1027-1382) kimi nisbətən iri feodal dövlətləri ilə yanaşı, Naxçıvanşahlıq və Muğanşahlıq kimi kiçik və zəif feodal dövlətləri də yaranır.

  Muğanşahlığın yaranma tarixinin kökləri bir qədər qədimlərə gedib çıxır.

  IX  əsrin ərəb mənbələrində- İbn Xordabehin “Ölkələr və yollar” əsərində Muğanda Allan şahın (Amukan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir. İbn Xordadbehin fikrincə, Ərdəşir dövründə Muğan imperiya ərazisinə aid idi, həqiqətdə isə Azərbaycan torpaqları Sasani imperiyası ərazisinə I Şapur dövründə daxil edilmişdir. Muğanşahlıq feodal dövlətində Şəklə Muğan hökmdarlıq etmişdir. Read more of this post

Muğan düzü – Maşxara döyüşü

Tərəflər Muğan çölündə Maşxarada qarşılaşdılar. Böyük döyüş baş verdi. Xürrəm qalib gəldi. Mahmud Talış istiqamətinə qaçdı. Muğan isə Xürrəmin əlinə keçdi.


Muğan düzü – Siyasi vəziyyəti

Muğanın mülayim qışı, coğrafi şəraiti tarixən işğalçıların diqqətini cəlb etmiş, nəticədə Muğan düzü hərbi qüvvələrin qışlağına, tez tez qanlı döyüş meydanına çevrilmişdir. Mənbələrin verdiyi məlumata görə Muğan əhalisinin müdafiə etdiyi qüvvələr qələbəyə daha yaxın idilər.

 Mənbələrin verdiyi məlumata görə eramızın III əsrində (28-290-cı illərdə) Muğanda qanlı döyüşlər baş vermişdir.

Fəzlullah Rəşid-əd-Din “Oğuznamə” əsərində Oğuzun Muğan və Aran səfərindən bəhs edərək yazır: “Yayda Oğuz Şirvan sərhədlərindən hərəkət edərək Arran və Muğana çatdı. Hava isti oduğundan burada dayanmaq mümkün olmadı. Buna görə də onlar belə qərara gəldilər ki, yaylağa qalxsınlar, qışda enib enib bu vilayəti işğal və talan etsinlər. Bir sıra ölkə və vilayətləri tutduqdan sonra qışlamaq üçün Arran və Muğana doğru hərəkət etdi. Vilayətin bütün əhalisini qula çevirdi, tabe olmayanlar məhv edildi. Adil Ağa Bəyazidlə Muğana gəldi. Sultan Əhməd Araz çayını keçərkən onları qabaqladı. Əmir hüşənq qardaşlar arasında barışıq bağladı. Müqaviləyə görə Arran, Muğan da Sultan Əhmədin ixtiyarına verildi. Payızda güclü toplayın yaraqlandıqdan sonra Xürrəm Xalxala doğru istiqamətləndi. Mahmud Xalxali müqavimıt göstərə bilməyəcəyini görüb Arran və Muğana qaçdı. Xürrəm onun arxasınca adam göndərdi. O, Ərdəbilə gələrək Xalxalinin mal-mülkünə sahib oldu və Muğana doğru yollandı. Mahmud Arran və Muğandan öz tərəfinə adamlar cəlb etdi.”

Muğan düzü – Təbii-coğrafi şəraiti

Azərbaycanın  cənub-şərq hissəsində geniş bir sahəni əhatə edən Muğan şimalda Şirvan, Qərbdə Qarabağ,cənubdan isə Cənubi Azərbaycanla sərhədlənir.

  Göz işlədikcə uzanıb gedən Muğan düzü, əkinçilik və maldarlıq üçün yararlı olduğundan hələ qədim dövrlərdən məskunlaşmışdır. Bölgədən Azərbaycanın hər iki nəhəng çayının- Araz və Kürün keçməsi əkinçiliyin inkişafı üçün təbii imkan yaradır. Bu çaylardan çəkilən  arxların köməyi ilə süni suvarma sistemləri yaradılmışdır.

  Qədim arx izləri indi də Muğanın bəzi yerlərində (Sabirabad və Saatlı bölgəsində) qorunub saxlanmışdır. Bu nəhəng suvarma sistemləri Govurarx adlandırılır.

  Muğanda həyati əhəmiyyətə malik olan suvarma arxları tez tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvələrində  Mingixanın başçılığı altında Muğana hücum edərkən suvarma sistemlərini də dağıtmışdır. 1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdir.

  Məlum olduğu kimi, orta əsrlərdə nəhəng şəhərlər və diqər yaşayış yerləri iri çay, göl və dəniz kənarlarında salınırdı. Muğan ərazisində Kür və Araz sahillərində belə şəhərlərin salınması təbii idi. Read more of this post